Əsas səhifəGündəmYol polisi Bakıda yaranan tıxacla bağlı AÇIQLAMA YAYDI
PAYLAŞ

Yol polisi Bakıda yaranan tıxacla bağlı AÇIQLAMA YAYDI

Gündəm 25 May 2021 11:48 1018


Formula 1 Azərbaycan Qran Prisi  başlayacaq. Bakı Nəqliyyat Agentliyi  yaranmış tıxacla bağlı açıqlama versə də, Formula 1 barədə heç nə deməyib. Amma sözügedən ərazidə tıxacların olmasına səbəb Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi deyil.

Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov  Bakıda yaranan tıxacla bağlı BNA-nın  açıqlamasına  münasibət bildirərkən deyib. 

O qeyd edib ki, hal-hazırda Bakı halqası deyilən böyük bir ərazidə bu istiqamətdə  işlər aparılır:
“Deməli, şəhərin mərkəzinə doğru yolların ötürücülük qabiliyyəti dörd zolaqdan  iki zolağa, bəzi yerlərdə 1 zolağa qədər azaldılıb. Təşkilat Komitəsi  yolların bu istiqamətdə bağlanacağı  barədə məlumat verdiyi andan, biz də sürücülərə alternativ yollardan istifadə etmələri barədə xəbərdarlıq edəcəyik”.





Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020